Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

XİN jurnalisti qara siyahidan cixardi

11 views23/11/2016

07:32

– xeber –
Yaponiya vətəndaşı, “Mainichi” xəbər agentliyinin əməkdaşı Hitoşi Omae Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
XİN-dən Axar.az-a verilən məlumatına görə, məktubunda o, işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının icazəsi olmadan səfər etməsinin qeyri-qanuni olmasından xəbərsiz olduğunu qeyd edərək, səfər ilə bağlı təəssüfünü ifadə edib və səfərin nəticələri ilə əlaqədar yazdığı məqalələrin hər hansı bir tərəfin maraqlarına xidmət etmədiyini bildirib.
H.Omae Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini vurğulayıb.
Məktubda H.Omae həmçinin Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi haqqında daha doğru və obyektiv məlumatların Yaponiya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycana səfər etmək niyyətini ifadə edərək, səfərin təşkili üçün müvafiq köməklik göstərilməsini xahiş edib.
Hi.Omaenin müraciəti və onun media nümayəndəsi olması müvafiq qaydada nəzərə alınıb və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler