Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

XİN-den cebhedeki gerginlikle bagli – Beyanat

19 views11/03/2016

18:52

20:44 – xeber – Azərbaycan Xarici İşlər Nazirliyi cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı açıqlama verib.
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS-in sorğusuna cavabında bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi 10-11 mart tarixlərində cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə təxribat-diversiya əməliyyatının törədilməsinə cəhd göstərilib.
 
O vurğulayıb ki, Ermənistan tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməllərinin törədilməsi, iriçaplı silahlar, o cümlədən qumbaraatan, minaatan və digər ağır atəş vasitələri tətbiq edilməklə, atəşkəs rejiminin intensiv şəkildə pozulması mütəmadi xarakter daşıyır.
 
XİN rəsmisi deyib ki, Ermənistan qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinin kütləvi şəkildə yaşadığını bildiyi halda, məsuliyyətsiz şəkildə, qəsdən ağır atəş vasitələri ilə mülki şəxslər və onların mülkiyyətini hədəfə alır.
 
Onun sözlərinə görə, Ermənistan bu kimi təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirmək, münaqişənin həllində irəliləyişə nail olunmasına imkan verməmək, qeyri-davamlı və qəbuledilməz olan “status-kvo”nu saxlamaq və Azərbaycan ərazilərinin işğalını davam etdirmək məqsədi güdür.
 
Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsinə və insidentlərin baş verməsinə səbəb olan əsas amildir.
 
H. Hacıyev bildirib ki, münaqişənin davamlı və uzunmüddətli həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, habelə məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır:
 
“Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayana qədər cəbhədə yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə rəsmi İrəvanın üzərinə düşür”, – XİN rəsmisi bildirib.
 
Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda qeyd olunur ki, cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler