Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Xercengle mubarizede daha bir addim atildi

15 views28/11/2016

07:12

– xeber –
Elm adamları ağciyər xərçənginin yayılmasını küləkdə sovrulan çadırlara bənzədib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Nyu York və Texas universitetlərinin alimləri iki protein arasındakı əlaqənin hüceyrə çadırının formasını itirməsinə və bünövrəsiz qalmasına səbəb olduğunu bildiriblər.
Bu vəziyyətin ağciyərdəki xərçəng hüceyrələrinin bədənin digər yerlərinə köçürülməsinə gətirib çıxardığını öyrənən alimlər kəşfin ağciyər xərçənginin yayılmasına maneə olacaq müalicə metodlarının təkmilləşdirilməsinə kömək edəcəyinə ümid ediblər.
“Zeb-1” adlanan proteinin xərçəng hüceyrəsinin yayılması müddətində kritik önəm daşıdığını qeyd edilib. Araşdırmaçılar sağlam hüceyrələrə zərər vermədən bu protetini necə hədəf seçməyin yollarını axtarırlar. Sadəcə ağciyər xərçəngi hüceyrələrini araşdıran araşdırmaçılar eyni müddətin digər xərçəng növləri üçün də keçərli olub-olmadığını bilmirlər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler