Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Xercenge son qoya bilecek alim olduruldu – Muemma

14 views21/11/2016

11:08

– xeber –
Xərçəng, AİDS və autizm kimi xəstəliklərin dəqiq müalicəsini tapmaq üçün araşdırmalar aparan həkim Bredstrit sinəsindən vurularaq öldürülüb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, onun cəsədi bir çayda tapılıb. Həkim GcMaF adlı molekul üzərində ciddi araşdırmalar həyata keçirib. GcMaF bədəndə təbii yolla yaranan bir molekuldur.
Bredstritin araşdırdığı müalicə üsulunda çox az əks təsirlər müşahidə olunub. Müalicə prosesinin xərci 2 min dolları keçmir. 85 faiz uğurlu nəticə göstərən bu metod prosesin sonunda xəstəliyə qarşı immunitet yaradaraq xərçəng müalicəsində tətbiq edilən bir çox klassik üsuldan daha çox üstünlüyünün olduğunu isbatlayıb.
ABŞ hökuməti tərəfindən irəli sürülən bir istintaq çərçivəsində klinikadakı araşdırmaların bütün məlumatları ələ keçirilib, xəstələrə tətbiq edilən müalicələr dayandırılıb. Bredstritin müalicə üsulu “qanundankənar” adlandırılıb və müalicə prosedurunda istifadə edilən dərmanlar “təsdiqlənməmiş” elan edilib. Bu isə Bredstiritin qətli cinayətinin daha ciddi məsələlərdən qaynaqlandığına işarə edir.
Xərçəng xəstəliklərini böyük gəlir mənbəyi kimi qəbul edən tibb sektoru GcMaF kimi uğurlu müalicə metodlarını sektor üçün ciddi təhdid kimi görürlər.
Qeyd edək ki, GcMaF müalicə metodu qanuni şəkildə Yaponiya da daxil olmaqla dünyanın müxtəlif ölkələrində tətbiq edilir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler