Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Xerceng emeliyyatinda kesf: qansiz, kesiksiz, ses ile…

9 views25/11/2016

06:20

– xeber –
Lomonosov adına Moskva Dövlət Universitetinin alimləri və onların ABŞ-dan olan həmkarları insan bədənini kəsmədən daxili orqanlarda yaranmış xərçəng şişlərini dağıtmağa imkan verən ultrasəs skalpel-bıçaqla aparılan əməliyyat metodikası işləyib-hazırlayıblar.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu haqda məlumat Ultrasəs, Ferroelektronika və tezlik kontrolu üzrə IEEE tranzaksiyaları jurnalında dərc olunub.
“Mən təvazökar səslənmədiyini bilirəm, amma bizdən başqa heç kim bu kəşfi belə tez və keyfiyyətli edə bilməzdi. Burda bir çox texniki-ədədi və sırf elmi hissələri nəzərə almaq, eləcə də əhəmiyyətli təcrübə lazım idi”, – deyə, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Vera Xoxlova açıqlama verib.
Vera Xoxlovanın fikrincə, toxumaların mexaniki parçalanma texnologiyası ultrasəs cərrahiyyədə yeni imkanlar açır: onu hərəkətlərinin proqnozlaşdırmaq olar, təsirini isə sadə UZİ ilə görmək mümkündür. Bu ultrasəs skalpeli nəzarət etməyə, həmçinin bədəni yormadan şişləri dəqiq və tez zamanda aradan qaldırmağa imkan verir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler