Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Xanim yazar sayt acdi: "Senzurasiz…"

15 views05/11/2016

11:12

– xeber – Azərbaycanda yeni sayt yaradılıb.

 

Bu haqda saytın təsisçisi jurnalist İradə Cəlil azxeber.com-a məlumat verib.

 

Sayt shefeq.az adlanır.

 

Onun dediyinə görə, saytda heç bir senzura tətbiq olunmayacaq:

 

“Uzun müddət idi ki, yeni bir layihə üzərində çalışırdım. Bu əslində mənim üçün yenidir. Fikirlərimi, düşüncələrimi senzura olmadan yaza bilmək, oxucunun təklif və iradlarını nəzərə almaq, gələn şikayətləri kor-peşman geri qaytarmamaq, kimisə təhqir etmədən, kimisə şantaj etmədən reallığı olduğu kimi, daha doğrusu gördüyüm kimi insanlara çatdırmaq üçün bir sayt yaratdım “shefeq.az”. Əvvəlcə bu istəyimi reallaşdırmaqdan çəkinirdim. Amma təklifimi ətrafdakı insanlara bildirəndə bizə sponsorluq təklifi də gəldi. Yəni bizim saytımız tək məndən ibarət deyil. Kiçik bir kollektivimiz var. İki müxbirimiz, iki sayt nəzarətçimiz, dizaynerimiz, fotoqrafımız, texniki işçimiz var. Ümid edirəm ki, mənim arzularımın əsasında yaranmış “şəfəq” tez bir zamanda oxucu kütləsi qazanacaq və kollektivim məni utandırmayacaq”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler