Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Xamenei: “ABŞ ya İŞİD-i yox etmek istemir, ya da…”

8 views23/11/2016

19:56

– xeber –
Qərbi Asiyada İŞİD kimi terrorçu təşkilatların formalaşması bəzi qüvvələrin müdaxiləsi və dəstəyi ilə baş verir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Slovakiya Prezidenti Brout Pahorla görüşü zamanı İranın Ali Dini lideri Ayətullah Əli Xamenei söyləyib. Onun sözlərinə görə, İran ona qarşı bütün təbliğatlara rəğmən, Qərbi Asiyadakı qarşıdurmaların önünü almağa çalışır:
“ABŞ-ın İŞİD əleyhinə yaratdığı koalisiya uğursuzluğa düçar olub. Bu uğursuzluğun iki səbəbi var. Ya ABŞ İŞİD-lə savaşmaq istəmir və bu problemin İraqla Suriyada həllinin qarşısını almaq niyyətində deyil, ya da ki ABŞ İŞİD problemini həll etmək istəyir, amma onunla bacara bilmir. İstənilən halda əziyyəti İraqla Suriya çəkir”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler