Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Xalq sairine medal verildi – Foto

13 views25/11/2016

13:44

– xeber –
Beynəlxalq Mətbuat Mərkəzində “Mahmud Kaşqari” medalının mükafatçılara təqdim olunması mərasimi keçirilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Mahmud Kaşqari adına Beynəlxalq Fond türk tarixinin ən böyük simalarından olan Mahmud Kaşqarinin anadan olmasının 1000 və təşkilatın yaradılmasının 10 illiyi münasibəti ilə təsis etdiyi “Mahmud Kaşqari” medalını xalq şairi Sabir Rüstəmxanlıya təqdim edib.
Medal xalq şairinə türk dünyası qarşısında xidmətlərinə və mesenatlıq fəaliyyətinə görə verilib.
Mükafatçılar sırasında siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, tanınmış mesenat “Tovuz” xeyriyyə cəmiyyətinin sədri Musa Süleymanov, Azərbaycan şairləri Əjdər Ol və İbrahim İlyaslı, həmçinin Türkiyə yazıçısı İmdad Afşar kimi tanınmış şəxslər var.
Qeyd edək ki, Mahmud Kaşqari adına Beynəlxalq Fond Dünya Türkləri Yazarlar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə Bakıda Mahmud Kaşqariyə həsr olunmuş geniş beynəlxalq konfrans keçirəcək.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler