Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Xalq sairi xaniminin ad gununu bele tebrik etdi

9 views29/11/2016

09:48

– xeber –
Xalq şairi Sabir Rüstəmxanlı həyat yoldaşı, Azəri-türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlını ad günü (28 noyabr) münasibəti ilə sosial şəbəkədə təbrik edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, S.Rüstəmxanlı Tənzilə xanıma həsr etdiyi şeirini bu sözlərlə paylaşıb:
“Çətin ömür yolumın etibarlı yoldaşı, əziz Tənzilə xanım, doğum günün dolayısıyla səni təbrik edirəm. Nə yaxşı ki, bu şerin yazıldığı gündən keçən iyirmi il heç nəyi dəyişə bilməyib; nə səni, nə bu misraları doğuran duyğuları…”
Yaşını demə
(Tənzilənin ad gününə)
Ad günün mübarək sevincim, dərdim,
Bu günə ən gözəl duyğumu verdim,
Sevgim gül-çiçəkdir, yoluna sərdim,
Çiçək yaşındasan, yaşını demə!

Bəlkə bahar gəldin, bəlkə qış gəldin,
Bəlkə məzarıma soyuq daş gəldin
Nə zaman gəldinsə, mənə xoş gəldin
İstək yaşındasan, yaşını demə!

Həsrətim sel idi axını sənə,
Nə qədər nəğməm var, oxunur sənə,
Gülün ləçəyi də toxunar sənə,
Kövrək yaşındasan, yaşını demə!

Günəş şəfəqindən endirib bəlkə,
Məni bəxt atına mindirib bəlkə,
Allah cənnətindən göndərib bəlkə,
Mələk yaşındasan, yaşını demə!

Qanımı qaynadır, səndən hər soraq,
Ruhumu dincəldir bu ev, bu otaq,
Sirrimi oxuyan, dərdimə ortaq,
Kömək yaşındasan, yaşını demə!

Sevgi yaşayırsa ilin fərqi yox,
Könlüm sənindirsə, dilin fərqi yox,
Sinəmdə, sinəndə, gəlin, fərqi yox,
Ürək yaşındasan, yaşını demə!

28 noyabr 1996.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler