Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Xalq artistinin oglu vezifeden cixarildi

15 views08/11/2016

10:20

12:16 – xeber – Azərbaycanın mərhum xalq artistinin oğlu vəzifəsindən azad edilib.
 
Kriminal.az-ın məlumatına görə, Azərbaycan Bəstəkarlar İttifaqının mərhum sədri, xalq artisti Vasif Adıgözəlovun oğlu Toğrul Adıgözəlov məhşur klinikadakı baş direktor postunu itirib.
 
Mərkəzi Klinik Xəstəxananın baş direktoru vəzifəsində çalışan T.Adıgözəlova bir neçə gün əvvəl işdən uzaqlaşdırılıb. Onun yerinə Xüsusi Müalicə Sağlamlıq Kompleksinin direktoru İxtiyar Sultanov təyin olunub. 
 
T.Adıgözəlova sadiqliyi ilə seçilən bir neçə məhşur həkim heyətinin də işdən çıxarılacağı bildirilir.
 
Bundan başqa T.Adığözəlovun nəzarətində olan ''Caspian İnternational Hospital''da da əsaslı dəyişikliklər edilib. Həmin klinikaya isə Ramin Bayramlı təyin olunub.  
 
Xatırladaq ki, T.Adığözəlovun qardaşı Yalçın Adıgözəlov Azərbaycanda tanınmış dirijordur. Toğrul Adıgözəlov əvvəllər 1999-2009-cu illərdə Bakının məşhur klinikalarından olan "Leyla Şıxlinskayanın Klinikası"nın baş həkimi vəzifəsində işləyib. 2005-ci ildə keçmiş səhiyyə naziri Əli İnsanov klinikanı lisenziyadan məhrum etmək istəsə də, Adıgözəlov məhkəmədə klinikanın maraqlarını qoruya bilib və onu bağlanmağa qoymayıb. 
 
Ramin Bayramlı isə yeni vəzifəyə Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru vəzifəsindən gətirilib. O, həmin klinikada işləyən zaman xəstələrdən birinin oğlunu təhqir etdiyinə görə prokurorluğa verilmişdi. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler