Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Xalq Artisti 90 illiyi qeyd olunacaq

17 views05/11/2016

14:04

15:58 – xeber – Noyabrın 24 və 25-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında milli musiqi sənətimizin tanınmış nümayəndələrindən biri, Xalq Artisti Ramiz Mustafayevin anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil olunacaq.
 
Axar.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq tədbirdə bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən və sənət fəaliyyətindən danışılacaq.
 
Yubiley tədbiri konsert proqramları ilə davam edəcək.
 
Qeyd edək ki, “Vaqif”, “Polad”, “Aydın”, “Şirin”, “Xan və əkinçi”, “Tərs keçi” operalarının müəllifi olan R.Mustafayev 1968–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. Baletdən başqa bütün musiqi janrlara müraciət edən bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans və müxtəlif səpkili instrumental əsərin müəllifi kimi tanınır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler