Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Vidadi Zeynalovun vekili jurnalistlere hucum cekdi

11 views28/11/2016

09:52

– xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ikeçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-lərinin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oktay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazali Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses başlamamışdan əvvəl Vidadi Zeynalovun vəkili Elxan Süleymanov juralistlərə hücum çəkib.
O, vəkil etikasından kənara çıxıb, jurnalistlərə "şərəfsizsiniz", "əxlaqsızsınız" ifadələrini işlədib. O, Vidadi Zeynalovun ittiham aktının mətbuatda yayılmasına etiraz edib.
Xatırladaq ki, müvafiq qanunvericliyə görə, Vidadi Zeynalovun vəkilinin jurnalistlərə qarşı etikadan kənar ifadələr işlətməsi və ya irad bildirməsi yolverilməzdir. Vəkilin peşəsi təqsirləndirilən şəxsi məhkəmə iclaslarında müdafiə etməkdən ibarətdir.
Vidadi Zeynalovun vəkili isə qanuna məhəl qoymayıb, hətta jurnalistə əl qaldırmaqdan belə çəkinməyib.
Təqsirləndirilən şəxslərin zaldakı qohumları da mübahisəyə qarışıb. Onlardan biri: "Bir vaxtlar Vidadi Zeynalovun kabinetində pul dilənən jurnalistlər indi onun əleyhinə yazır" deyə bildirib.
Daha sonra hakimlər məhkəmə zalına gəlib, dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan etməyə başlayıb.
Proses davam edir.
Məhkəmədə araşdırılan 517 cildlik cinayət işində 205 şahidin adı keçir. Cinayət işi üzrə 11 təqsirləndirilən şəxs, 1 zərərçəkmiş şəxsin, 1 nəfər isə mülki iddiaçının nümayəndəsi var. Maliyyə Nazirliyi də zərərçəkmiş kimi tanınıb.
İttiham aktına əsasən, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev 567 min, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov 7 milyon 700 min, Aztelekom MMC-nin baş mühasibi Oktay Rüstəmov 250 min, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov 600 min, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 2 milyon, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov 1,5 milyon və Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev 204 min, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov 8 milyon, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 10 milyon, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov 4 milyon manat mənimsəmədə təqsirli bilinirlər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler