Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Vicdan haqqi”nin Kamili xestexanaya dusdu

15 views26/11/2016

17:56

26 Noyabr 2016 19:54 – xeber –
ATV-də yayımlanan "Vicdan haqqı" serialının baş qəhrəmanı Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Elxan Yunisin səhhətində problemlər yaranıb. Xəstəxanaya düşən aktyora görə serial çəkilişləri təxirə salınıb.
Olkem.az publika.az-a istinadən xəbər verir ki, aktyor hazırda Gəncədə müalicə aldığını deyib: "Ayağımda ağrılar vardı, yeriməyə çətinlik çəkirdim. Məcbur olub serial çəkilişlərini dayandırdım. Sağ olsunlar, mənə görə bir həftə çəkilişlər təxirə düşdü. Həkimlər deiyr ki, sinir ağrılarıdır, onurğamda sürüşmə var, bir həftə müalicə kursu təyin olunub. Əgər müalicə ilə keçməsə, təcili əməliyyat olumalıyam".
Aktyor xəstəxanada başına gələn bir hadisəni də danışıb: "Xəstəxanada idim, qəfildən bir kişi üstümə yeridi ki, Allah sənin cəzanı verdi. Bir qadını orda gözüyaşlı qoymusan, birini burda. Başa düşdüm ki, serialda oynadığım Kamil obrazına görə kişi mənə qəzəblidir".
Qeyd edək ki, aktyor "Vicdan haqqı" serialında iki arvadı olan Kamil obrazını canlandırır.

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler