Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“Veyseloglu” 700 bal toplayanlari mukafatlandirdi – Foto

10 views23/08/2017

08:34


[r32]
– xeber –
Veysəloğlu Şirkətlər Qrupu ali təhsil müəssisələrinə qəbul imtahanından 700 bal toplamış abituriyentlərlə görüş keçirib.
Şirkətdən Axar.az-a verilən məlumata görə, ən yüksək bal toplayan abituriyentlərlə görüş elə şirkətin ofisində baş tutub. Tədbirdə iştirak edən Veysəloğlu Şirkətlər Qrupunun rəhbəri İlqar Nuri gəncləri təbrik edərək onlara tələbəlik həyatında müvəffəqiyyətlər arzulayıb. İ.Nuri təmsil etdiyi şirkətin daim savadlı və özünü inkişaf etdirmək istəyən gənclərə karyera inkişafında daim dəstək verdiyini, gələcəkdə onların da Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyət göstərəcəklərinə ümid etdiyini bildirib.
Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov tədbir iştirakçılarına Azərbaycanın qida sektorunda özünün xüsusi rolu və yeri olan “Veysəloğlu Qrup” haqqında qısa məlumat verərək şirkətin daim gənclərə dəstək olduğunu və gənclərlə birlikdə inkişaf etdiyini bildirib. İ.Məmmədov həmçinin qeyd edib ki, şirkətin Koorporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən layihələr arasında təhsilə dəstək və tədris hər zaman öncül yer tutub. O, bildirib ki, bu gün Veysəloğlu Şirkətlər Qrupunda çalışanların böyük əksəriyyəti gənclərdir.
Görüşdə ən yüksək nəticə qazanmış 15 gəncə Veysəloğlu Şirkətlər Qrupu adından pul mükafatı, eləcə də “Ulduz” şokolad fabrikinin məhsulları təqdim edilib.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu daim təhsillə bağlı müxtəlif formatlı layihələr həyata keçirir. Təhsilə dəstək şirkətin KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün motivasiya yaratmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaq şirkətin ən prioritet məqsədlərindən biridir.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler