Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Veysəloglu yeni qiymətlər muəyyənləsdirdi – Rəsmi

29 views16/01/2016

10:09

12:03 – xeber – Son illər dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin kəskin düşməsi ölkə iqtisadiyyatına da öz təsirini göstərib. Hazırda bütün dünyada, həmçinin Azərbaycanda milli valyutaların dəyərdən düşməsi və qiymətlərin bahalaşması prosesi gedir.
 
Bu sözlər Veysəloğlu Şirkətlər Qrupundan Axar.az-a daxil olan açıqlamada əksini tapıb. Bildirilir ki, manatın mövcud devalvasiyası və üzən məzənnə siyasətinə keçiddən sonra şirkət özünün qiymət siyasətinə yenidən baxmaq məcburiyyətində qalıb:
 
“Veysəloğlu MMC-nin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması, baş vermiş devalvasiya şirkət üçün də bir sıra çətinliklər yaradıb. Eyni zamanda, xammal idxalında yaranmış qiymət artımı Ulduz Şokolad Fabrikinə də təsirsiz ötüşməyib. Ulduz fabriki bu gün özünün məhsul istehsalında istifadə etdiyi xammal ehtiyatının böyük hissəsini idxal üzərindən həyata keçirir. Yaranmış vəziyyətlə bağlı Veysəloğlu şirkəti xaricdən idxal edilərək ölkəyə gətirilən mallara 30%-dək, Ulduz fabrikinin istehsal etdiyi məhsullara isə 20%-dək qiymət artımını yol verilən hesab edir”.
 
Şirkət rəsmi açıqlamasında hər hansı süni qiymət artımına yol verilmədiyini də xüsusi vurğulayıb:
 
“Bu gün hər hansı süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri etmişdir”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler