Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Vasif Talibov nazirliyin selahiyyetlerini artirdi

33 views11/03/2016

22:12

00:08 – xeber – Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri artırılıb.

APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də müvafiq dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən bundan sonra Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi  torpaqların münbitliyinin bərpası və artırılması sahəsində dövlət proqramlarını hazırlayacaq və aidiyyəti orqanlarla birlikdə onları həyata keçirəcək, torpaqların eroziyadan, şorlaşma, şorakətləşmə və müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, torpaqların münbitliyinin bərpası və artırılması layihələrini razılaşdırır və aidiyyəti təşkilatlar tərəfindən həmin layihələrin yerinə yetirilməsinə nəzarət edəcək, torpaqların monitorinqinin aparılması üzrə işləri və tədbirləri aidiyyəti orqanlarla birlikdə təşkil edəcək, torpaqların münbitliyinin monitorinqi haqqında məlumat bankı yaradacaq, münbitlik xassələrini itirmiş torpaqların müvəqqəti əkin dövriyyəsindən çıxarılmasına (konservasiyasına) dair təkliflər verəcək, torpaqların münbitliyinin bərpası və artırılması üzrə investisiya proqramlarının ekspertizasını həyata keçirəcək, gələcəkdə həmin sahələrin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi barədə təkliflər verəcək. Eyni zamanda nazirlik torpaq ehtiyatlarından istifadə olunması üzrə layihələrin dövlət ekoloji ekspertizasını aparacaq, müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasında iştirak edəcək, muxtar respublika ərazisində aparılan torpaqların monitorinqi işlərinin nəticələri haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə məlumat verəcək, torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələrin hazırlanmasında iştirak edəcək.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə torpaqların monitorinqi, münbitliyinin bərpası və artırılması fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi işlərinin maliyyələşdirilməsinə dair təkliflər hazırlamaq, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə rəy vermək, dövlət meşə fondu torpaqlarının sərhədlərinin pozulması hallarının qarşısının alınması məqsədi ilə bu torpaqlarla həmsərhəd dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi zamanı həmin torpaqların dövlət meşə fondu torpaqları ilə sərhəd xətlərinin dəqiqləşdirilməsində iştirak etmək, torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirilən faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji-kəşfiyyat və axtarış işlərində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması sahəsində müvafiq tədbirlər görmək səlahiyyətləri də verilib.
axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler