Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Valkin ceza muddeti uzadildi

22 views06/01/2016

20:20

6 Yanvar 2016 22:16 – xeber –
FİFA Etika komitəsinin Arbitraj Palatası qurumun baş katibi Jerom Valkın diskvalifikasiya müddətini uzadıb. Olkem.az goal.az-a istinadən xəbər verir ki, araşdırma komitəsinin sorğusu əsasında qəbul olunan qərarla Valk daha 45 gün vəzifəsinin icrasından kənarlaşdırılıb. Fransalı funksioneri 9 il müddətinə futboldan uzaqlaşdırılma cəzası da gözləyir. 55 yaşlı Valkın Etik kodeksi pozaraq bir neçə dəfə hədiyyə və digər ödənişlər qəbul etdiyi bildirilir.
Qeyd edək ki, FİFA-nın baş katibi ilə birlikdə Mişel Platini və Yozef Blatter də daha öncə 90 gün müddətinə diskvalifikasiya edilmişdi. Ötən ay Platini və Blatterin cəzası 8 ilədək uzadılmışdı.

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler