Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Urmiya quruyur: Bu liman da yox oldu – Foto

4 views13/09/2017

09:34


[r32]
– xeber –
Urmiya gölündə yerləşən Rəhmanlı limanı tamamilə quruyub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, limanın son görünüşünü əks etdirən fotolar artıq sosial şəbəkələrdə yerləşdirilib.
Qeyd edək ki, Rəhmanlı limanı Əcəbşir şəhərinin 10 kilometrliyində yerləşir. Bu liman vaxtı ilə ticarətçilər tərəfindən aktiv şəkildə istifadə olunub. Belə ki, Urmiyədə dəmir yolu xətti olmadığı üçün ticarətçilər gəmilərlə mallarını bu limana gətirib, oradan İranın müxtəlif məntəqələrinə göndərərdilər.
Urmiya gölünün quruması prosesi artıq bir neçə ildir davam edir. İran hökuməti gölün qurumasının qarşısını almaqdan ötrü addımlar atmağa söz versə də, vədinə əməl etməyib. Ekspertlər isə gölün quruyacağı halda bölgədəki milyonlarla insanın həyatının təhlükə qarşısında qalacağını bildiriblər.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler