Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Uorlik hemsedrlikden niye getdiyini aciqladi

5 views30/11/2016

11:44

– xeber –
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri vəzifəsində fəaliyyəti bu ilin sonunda başa çatacaq Ceyms Uorlikin APA-ya müsahibə verib.
Axar.az müsahibəni təqdim edir.
– 3 il ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsini icra etdiniz. Bu müddət ərzində fəaliyyətinizi necə qiymətləndirirsiniz? Tərəflərlə işləmək asan idimi? Sizcə, danışıqlar prosesində hansı tərəf daha səmimi idi?
– ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri vəzifəsini icra etmək mənim üçün şərəf idi. Mən əminəm ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin sülh yolu ilə həllinə sadiqdirlər və tərəflərdən heç biri müharibə istəmir. Bizim davamlı sülhə nail olmaq istiqamətindəki bütün səylərimiz məhz bu məqsəd istiqamətində irəliləməyə yönəlib.
– 3 ildə sizi aktiv və münaqişənin həllinə yaxından cəlb olunmuş səfir kimi tanıdıq. Deyə bilərikmi ki, sizin istefa vermənizə səbəb bezməyiniz və vasitəçiliyin müsbət nəticə vermədiyini görməyinizlə bağlı oldu?
– ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri vəzifəsindən istefa verməyim tamamilə şəxsi səbəblərlə bağlıdır. Mən ABŞ diplomatı kimi qiymətli karyera dövrü keçdim və 30 illik xidmətdən sonra özəl sektorda işləməyi düşünürəm.
– Yeni səfirin adı hansı müddətə məlum olacaq? Yeni ildən Minsk qrupunda artıq 2 yeni həmsədr fəaliyyət göstərəcək. Bu dəyişiklik münaqişənin həllinə necə töhfə verə bilər?
– Müvəqqəti həmsədr yaxın gələcəkdə elan olunacaq. Davamlı sülhə nail olmaq istiqamətində işləyən vasitəçilər kimi Minsk Qrupu həmsədrlərinin rolu davam edəcək. Mən tamamilə əminəm ki, növbəti amerikalı həmsədr bu məqsədə nail olmaq istiqamətində işləməyə davam edəcək.
– Səfirlik müddətiniz dövründə təmas xəttində bir neçə dəfə gərginliklər baş verdi. Lakin ən böyük toqquşma bu ilin aprelində oldu. Aprel hadisələri ilə bağlı Minsk qrupu səylərinin artırılmasından sonra azərbaycanlılarda münaqişənin həlli ilə bağlı ümid yarandı. Lakin son 1-2 aydır ki, proses əvvəlki vəziyyətə qayıdıb. Bunun səbəbi nədir? Sizcə, münaqişənin həlli çox uzaqdır və proses hazırda hansı mərhələdədir?
– Masa üzərində hərtərəfli sülhə nail olmaq istiqamətində bazanı formalaşdıra biləcək yaxşı ideyalar və təkliflər, elementlər var. İstənilən danışıqlar prosesində olduğu kimi, üzərində işlənilməli olan müəyyən fikir ayrılıqları olsa da, prezidentlər İlham Əliyev və Serj Sərkisyan sülh yolu irəliləməyə sadiqliklərini ifadə ediblər. Bizim indi daha çox görməyə ehtiyac duyduğumuz məsələ bu danışılar istiqamətində irəliləmək öhdəliyini üzərilərinə götürmələri ilə bağlı prezidentlərin siyasi iradə nümayiş etdirməsidir.
– Son dövrlər Azərbaycan tərəfdən münaqişənin qarşı tərəfi ilə bağlı ritorik bəyanatların sayı azalıb. Ermənistan tərəfdən isə əksinə, müxtəlif bəyanatlar olur. Ermənistan prezidenti bəyanatlarından birində Dağlıq Qarabağın ya müstəqil, ya da Ermənistana birləşik ola biləcəyini deyir və ya Dağlıq Qarabağın adının dəyişdirilməsi səylərini ortaya atırlar. Bütün bunların fonunda deyə bilərikmi ki, aprel hadisələrindən sonrakı proses məhz Ermənistan tərəfdən pozuldu?
– Belə bəyanatlar nizamlama ilə bağlı xoş niyyətlə aparılan danışıqların vacibliyini ortaya qoyur. Bundan isə regionun bütün insanları faydalana bilər.
– ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndirilməsi və insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi gündəmə gəldi. Tərəflər də razılığını bildirdi. Lakin proses yubanır. Bununla bağlı iş gedirmi və ümumiyyətlə, bu tədbirlər münaqişənin həllinə hansı töhfəni verə bilər?
– 20 ildən artıq bir müddətdən sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin missiyasının genişləndirilməsi düzgün istiqamətdə vacib addımdır. Vyana və Sankt-Peterburq görüşlərində prezidentlər missiyanın genişləndirilməsi öhdəliyini üzərilərinə götürüblər və hər iki tərəfin rəsmiləri tərəfindən bu istiqamətdə dəstək davam edir. Biz hazırda missiyanın genişləndirilməsinin bütün detallar üzərində işləyirik və əminəm ki, buna nail olacağıq.
– Azərbaycan tərəfdən Minsk Qrupu həmsədrlərinin sayının artırılması, qrupa region ölkələrinin də daxil edilməsi məsələsi gündəmə gəlir. Bu mümkündürmü? Hazırkı həmsədrlərin fəaliyyətinin qənaətbəxş olmaması ilə bağlı fikirləri necə şərh edərsiniz?
– Vasitəçi kimi bizim vəzifəmiz prezidentlər arasında nizamlamaya apara biləcək danışıqların asanlaşdırılmasıdır. Lakin nəticədə irəli getmək istəyib-istəməmələri ilə bağlı qərar prezidentlərdən asılıdır. Prezidentlər nizamlamanı istəməli və bu istiqamətdə bir-biri ilə işləməlidirlər. Minsk Qrupu formatına nə qədər həmsədrin və ya regional aktorun cəlb olunmasından asılı olmayaraq, vəziyyətlə bağlı əsas reallıq budur.
– Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsi də uzun müddətdir həllini tapmır. Bu məsələ hələ də müzakirə edilirmi, yoxsa həmsədrlər bunu gündəliklərindən çıxarıblar?
– Biz bu məsələni qaldırmağa davam edirik. Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə təmasdayıq.
– Belə görünür ki, Hamburq görüşü həmsədr kimi qatılacağınız son görüş olacaq. Bu görüşdən gözləntiləriniz nədir?
– Biz Hamburqda ATƏT-ə üzv ölkələrin xarici işlər nazirinin görüşünü Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanla dialoqu davam etdirmək imkanı kimi nəzərdən keçiririk. Davamlı nizamlamaya gətirib çıxara biləcək istənilən yolla tərəflərlə işləməyə hazırıq.
– Sizcə, xalq diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verə bilərmi? Son dövrlər bir sıra ermənistanlı fəal Azərbaycanda oldu. Onlar Ermənistan hökumətinə sülh mesajları verdilər və bu ölkəni işğalı dayandırmağa çağırdılar. Bu çağırışlarla bağlı nə düşünürsünüz?
– ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin vacib elementlərindən biri ideyaların və fikirlərin mübadiləsini dəstəkləyən insanlararası fəaliyyətlərdir. Biz ümid edirik ki, danışıqlar prosesində irəliləyiş əldə olunduqca, zamanla bu kimi fəaliyyətlər üçün daha çox imkanlar yaranacaq. Bu kimi qarşılıqlı fəaliyyətlər baryerləri qırır və gələcəkdə azərbaycanlı və ermənistanlı nəsil arasında etimadın yaradılmasına kömək etmək baxımından çox vacibdir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler