Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ukrayna ucun vacib qerar Azerbaycanda verilecek

25 views18/02/2016

19:44

21:37 – xeber – Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryolu konsorsiumunun yaradılmasına dair razılığa gəlib.
 
ANS-in məlumatına görə, qərar Tiflisdə keçirilən üçtərəfli görüş zamanı qəbul olunub. Əsas müzakirə mövzusu Transxəzər beynəlxalq tranzit marşrutu olan görüşdə bildirilib ki, yaradılacaq yeni dəmiryolu qurumu yüklərin Çin limanlarından Batumi limanına, oradan isə Türkiyə və Avropaya hərəkətini təmin edəcək.
 
Qazaxıstan Baş nazirinin müavini Bakitican Sagintayev qeyd edib ki, bu, hamı üçün olduqca sərfəli marşrutdur və belə bir konsorsiumun yaradılmasında hamımız maraqlıyıq. Ümumilikdə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin nəqliyyat dəhlizi yeni canlandığı üçün iştirakçı dövlətlər arasında yüklərin daşınması ilə bağlı bəzi məsələlər müzakirə mövzusudur. 
 
Bu səbəbdən fevralın 20-də Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan dəmir yolu strukturlarının rəhbərləri Bakıda toplaşacaqlar. TRASEKA-nın milli katibi Akif Mustafayevin sözlərin görə, görüşdə əsas müzakirə mövzularından biri tariflərin endirilməsi ola bilər. 
 
“Ukrayna tərəfi güzəştli tariflər xahiş edir. Rəsmi Kiyev Rusiya ərazisindən istifadə etdikdə 5 min dollar pul ödəyirdi.  Buna görə də dörd ölkənin dəmir yolu rəhbərləri, Xəzər Dəniz Gəmiçiliy və Bakı Dəniz Limanının rəhbərləri arasında  tariflərin endirilməsi ilə bağlı ortaq məxrəcə gəlməlidirlər. Ola bilsin ki, imzalanması nəzərdə tutulan protokol bütün suallara tam cavab verməsin. Çünki müəyyən müddət  prosedurların sadələşdirilmə prosesi  davam etdiriləcək. Yəqin ki, yaxın gələcəkdə Ukraynanın arzuladığı tariflər tətbiq ediləcək”, – deyə TRASEKA rəsmisi qeyd etdi. 
 
TRASEKA rəsmisi bildirdi ki, Ukraynadan gələn ikinci qatarın çoxu Türkmənistanın Türkmənbaşı limanına göndərildi. “Yalnız 1 vaqon Qazaxıstanın Aktau limanına yola salındı. Bununla məsafə, güzəştlər və prosedurlar baxımından  Qazaxıstanın və ya Türkmənistanın daha sərfəli marşrut olduğu müəyyən edilə bilər. Azərbaycan bu məsələlərdə Qazaxıstanla daha yaxından işləyir. Amma Bakıya məsafə baxımından Türmənbaşı limanı Aktaudan 2 dəfə yaxındır. Hansı dövlət  daha çox şərait yaradıb, güzəştlər tətbiq etsə, yüklər həmin marşrut üzə daşına bilər. Bu, həmçinin rəqabət mühitinin yaradılması ilə nəticələnər”, –  Akif Mustafayev deyib.
 
Adıçəkilən marşrut üzrə ilk sınaq qatarı yanvarın 15-də Ukraynanın İlyiçovsk limanından yola çıxıb.  Yanvarın 22-də Bakının Ələt, yanvarın 23-də isə Aktau limanına çatıb. 20 vaqondan ibarət sınaq qatarı İlyiçovsk limanından “İpək yolu"nun yeni marşrutu üzrə – Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan-Çin – keçərək yanvarın 31-də Çinin “Dostık” stansiyasına çatıb. 
 
Bu nəqliyyat dəhlizi Azərbaycan üçün də böyük əhəmiyyətə malikdir. Yəqin ki, iştirakçı dövlətlər ortaq məxrəcə gəlib bütün suallara cavab tapacaqlar. Burada əsas məsələlərdən biri də nəqliyyat dəhlizinin effektivliyinin saxlanılmasıdır. Elə bir güzəştlər tətbiq edilməlidir ki, Ukrayna və Rusiya arasında münasibətlər bərpa olunduğu zaman nəqliyyat dəhlizinin əhəmiyyəti itməsin. Bunun üçün əsasən tariflərdə və xüsusilə də keçid məntəqələrində prosedurlar daha da sadələşdirilməlidir. Amma bu güzəştlər Azərbaycanın maraqlarına zidd olmamalıdır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler