Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Ukrayna rus ordusuna izn vere biler

9 views07/11/2016

14:20

16:14 – xeber – Ukrayna Rusiya ordusunun Dnestryanının Kobasna kəndindən çıxması üçün xüsusi dəhliz yaratmağa hazırdır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə naziri Sergey Poltorakla görüşündən sonra jurnalistlərə açıqlamasında Moldova Müdafiə naziri Anatoli Şalaru söyləyib. Onun sözlərinə görə, Kobasna kəndindəki hərbi anbarlar Moldova və Ukrayna əhalisi üçün təhdiddir.
 
Qeyd edək ki, Dnestryanı Moldova ərazisidir. 1990-cı illərin əvvəllərində Moskvanın aktiv dəstəyi ilə Dnestryanı Moldovanın nəzarətindən çıxıb. Moskva 1992-cı ildən bu yana burada öz ordusunu yerləşdirib.
 
Kobasna kəndindəki hərbi anbarlar 1940-cı ildə yaradılıb. SSRİ zamanında bu anbarlar Qərb Hərbi Dairəsinin strateji nöqtəsi hesab edilirdi. SSRİ dağıldıqdan sonra Almaniya, Çexiya, Slovakiya və digər Avropa ölkələrindəki hərbi texnika məhz bu kəndə gətirilib. 2000-ci ildə Kobasnada Rusiyaya məxsus hərbi sursatın miqdarı 42 min ton olub. 2004-cü ildə bu silahların 50%-i ləğv edilib. Hazırda Kobasnada 21 min ton hərbi sursat var. Onların çoxu istifadəyə yararsızdır. Ekspertlərin fikrincə, bu anbarda baş verəcək partlayış 10 kiloton nüvə bombası effekti verəcək. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler