Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Üc Xezeryani dovletin generallari bir arada – Foto

27 views12/03/2016

08:28

10:24 – xeber – Martın 11-də Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında DSX rəisi, general-polkovnik Elçin Quliyev, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov və İranın Sərhəd Qoşunlarının Komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.
 
DSX-nın Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, görüşdə Xəzər dənizində vəziyyət və onun inkişaf tendensiyaları, sərhəd təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığın vəziyyəti və  perspektivləri, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, narkotiklərin qeyri-qanuni dövriyyəsi, qanunsuz balıq ovu kimi hərəkətlərlə mübarizə istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb, qeyd olunan sahələr üzrə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.
 
Müzakirələr zamanı Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə, qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə sərhəd təlimləri və razılaşdırılmış əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin zəruriliyi qeyd olunub, tərəflər arasında sərhəd gəmilərinin qarşılıqlı dostluq səfərlərinin təşkil edilməsinin vacibliyi vurğulanıb.
 
Tədbir iştirakçıları vurğulayıblar ki, Xəzər dənizində hər hansı qanunsuz fəaliyyətə qarşı mübarizə üzrə sərhəd xidmətlərinin əməkdaşlığının həyata keçirilməsi Xəzər dənizinin akvatoriyasında, o cümlədən bütövlükdə regionda sərhəd təhlükəsizliyi və stabilliyin təmin olunmasına xidmət edəcək. 
 
Görüşdə həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin icrasından irəli gələn məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler