Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Turkiyenin musteqilliyimizi tanimasinin 25 ili…

8 views08/11/2016

22:12

00:09 – xeber – Bu gün Türkiyənin müstəqilliyimizi tanımasından 25 il ötür.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, 1991-ci  ilin 9 noyabrı Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub.
 
Türkiyənin Bakıdakı səfirliyinin bu möhtəşəm günlə bağlı Musavat.com-a  göndərdiyi mətni təqdim edirik:
 
“Bundan tam 25 il əvvəl bu gün, 9 noyabr 1991 tarixində, Türkiyə Cümhuriyyəti,  qardaş Azərbaycan xalqının öz gələcəyini əlinə alma iradəsinin təzahürü olan Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkə oldu.
 
Türkiyə ilə Azərbaycan arasında, kökləri uzun bir tarixi keçmişdə olan və ortaq dəyərlərimizdən qidalanan güclü bağlar vardır. Bu bağları Azərbaycan müstəqillik qazandıqdan sonra keçən 25 il ərzində daha da sağlamlaşdırdıq.
 
Keçən dövr ərzində hər sahədə mükəmməl bir səviyyəyə çatan ikitərəfli əlaqələrimiz, xalqlarımızın rifahına və hüzuruna xidmət etməklə yanaşı, eyni zamanda bölgəmizdə sabitlik və güvən təmin etməklə, Orta Asiyadan Avropaya qədər geniş bir sahəyə yayılan coğrafiyanın inkişafına əhəmiyyətli qatqını təmin edir.
 
Ölkələrimiz arasındakı yaxın əməkdaşlığı önümüzdəki dövrdə də eyni şəkildə davam etdirmə və "iki dövlət, bir millət" şüarından qaynaqlanaraq xalqlarımız arasındakı bağları daha da qüvvətləndirmə iradəmiz tamdır”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler