Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Turkiyenin dusmeni vezifeden gedir

7 views24/11/2016

11:48

– xeber –
Avropa Parlamentinin (AP) sədri Martin Şults vəzifəsi ilə vidalaşmağa hazırlaşır. 60 yaşlı siyasətçi Almaniyada siyasi karyerasını davam etdirəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Brüsseldə mətbuat konfransı keçirən AP sədri bu vəzifəyə növbəti dəfə namizəd olmayacağını açıqlayıb.
Sosial Demokrat Partiyasının (SPD) üzvü 2017-ci ilin sonunda Almaniyada keçiriləcək parlament seçkilərinə qatılacağını deyib.
Qeyd edək ki, alman mətbuatı Şultsun parlament seçkilərində Şimali Reyn-Vestfaliya vilayətindən namizəd olacağını bildirib.
Eyni zamanda siyasətçinin adı prezidentliyə namizəd, hazırda Xarici İşlər naziri olan Frank-Valtyer Ştaynmayerin seçkilərdə qalib gələcəyi halda XİN rəhbəri və ya SPD-nin baş nazirliyə namizədliyi mövzusunda hallanır.
Ancaq Şults mətbuat konfransında bu vəzifələr barəsində açıqlama verməyib.
Xatırladaq ki, ŞultsTürkiyəyə qarşı sərt siyasəti ilə tanınır. O, dəfələrlə Ərdoğan hakimiyyətini daxili və xarici siyasət mövzusunda tənqid edib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler