Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Turkiyeden Luksemburqa ters sille

24 views07/11/2016

20:36

22:32 – xeber – Türkiyədə baş verənlər nasistlər dönəmindəki olaylara bənzəmir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Avropa Birliyi İşləri üzrə naziri və baş müşaviri Ömər Çəlik Lüksemburqun Xarici İşlər naziri Jan Asselborna cavabında deyib.
 
Türk nazir Asselbornu tarixi bilməməkdə ittiham edib:
 
“Türkiyədəki məsələ nasistlər dönəmindəki hadisələrə bənzəmir. Tam əksinə, nasistlər hakimiyyətdən getdikdən sonra hitlerçilərə qarşı mübarizə ilə oxşardır. Nasistlər FETÖ ilə müqayisədə sönük qalarlar. FETÖ-çular tanklarla, qırıcı təyyarələrlə öz xalqının qanını tökmüş terrorçulardır. Heç kim bu mübarizədən geri addım atacağımızı düşünməsin”.
 
Qeyd edək ki, Asselborn 15 iyul qiyam cəhdindən sonra Türkiyədə aparılan əməliyyatları nasistlər dövründə həyata keçirilən tədbirlərə bənzətmişdi.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler