Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"Turkiyedeki kurdler cennetde yasayir"

15 views28/02/2016

16:40

– xeber – Kürdlərin öz dövləti yoxdur, ancaq bərabər qurduqları dövlət var ki, o  da Türkiyədir.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlunun müşaviri Muhsin Qızılqaya deyib.

 

PKK və PYD-nin fəaliyyətlərinə münasibət bildirən Qızılqaya qeyd edib ki, bu terror təşkilatının üzvlərinin əksəriyyəti muzdlu döyüşçülərdir:

 

“Türkiyədəki kürdlər digər ölkələrdəki kürdlərə nisbətən cənnətdə yaşayırlar. İraq parlamentinə heç bir zaman 80 kürd millət vəkili seçilmədi. Saleh Müslüm Əsədə rəqib olaraq Suriyada prezidentliyə namizədliyini verə bilərmi? Namizədliyi bir kənara qoyaq. Əsəd ona şəxsiyyət vəsiqəsi belə vermirdi. Bu ölkələrdə kürdlər bir şey ola bilmədilər. Kürdlərin özlərinin dövləti yoxdur, ancaq bərabər qurduqları dövlət var. O da Türkiyədir”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler