Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Turkiye: “Yaxin Şerq II xain Sayks-Pikota hazirlasir”

14 views30/11/2016

06:00

– xeber –
Yaxın Şərqdə yeni Sayks-Pikot razılaşmasına qarşı birgə dayanmalıyıq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “Şarkul Evsat” qəzetinə müsahibəsində Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş söyləyib. Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət üçün islam dünyası dəqiq anlayış formalaşdırmalıdır:
“İmperialist güclər 100 il öncə bölgənin sərhədlərini müəyyən edən Sayks-Pikot müqaviləsini imzaladılar. İndi ikinci Sayks-Pikotla üz-üzəyik. İslam ölkələri məzhəb baxımından parçalanmaları yox etməlidirlər. Bunu yox etməsək, imperialistlərə təslim olacağıq”.
Qeyd edək ki, Sayks-Pikot anlaşması 1916-cı ildə gizli şəkildə Fransa və Böyük Britaniya arasında imzalanıb. Sonradan müqaviləyə Rusiya da daxil olub. Razılaşmaya əsasən, Osmanlı İmperatorluğu parçalanmalı idi. Bu parçalanmadan sonra Rusiya Trabzon, Ərzurum, Van, Bitlis bölgələri, Anadolunun cənub-şərqini, Fransa Şərqi Aralıq dənizi bölgəsi, Adana, Antep, Urfa, Mardin, Diyarbəkir, Mosul və Suriyanı, Britaniya isə Hayfa və Akka limanları, Bağdad, Bəsrə şəhərləri və Cənubi Mesopotamiyanı nəzarətdə saxlamalı idi. Üstəlik, Fransa ilə Britaniya burada tək ərəb dövləti qurmalı, Fələstin beynəlxalq nəzarətə verilməli idi. Rusiya müqavilədən 1917-ci ildə imtina edib. İlk dəfə bu müqavilə haqqında ictimaiyyətə 1917-ci ildə Lev Trotski məlumat verib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler