Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Turkiye sefirliyi onune qerenfiller duzuldu – Foto

36 views19/02/2016

20:48

22:42 – xeber – Fevralın 17-də Ankarada baş verən terakt nəticəsində ölənlərin xatirəsini yad etmək üçün bu gün bir qrup gənc Türkiyənin Bakıdakı səfirliyinin önünə qərənfillər düzüb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu gün Respublikaçı Alternativ Hərəkatının, NİDA və Vətəndaş Həmrəyliyi Partiyasının gəncləri səfirlik önünə toplaşıb. Onlar Türkiyənin dost və qardaş ölkə olduğunu bildirərək, baş verən hadisənin Azərbaycan gənclərini də sarsıtdığını, bu ağır günlərdə türkiyəli soydaşlarımızın yanında olduqlarını bildirmək üçün bura gəldiklərini deyiblər.

Tədbir iştirakçıları bəyan ediblər ki, terrorla mübarizədə Türkiyə xalqının və dövlətinin yanındadırlar.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler