Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Turkiye rus qiricisini vurdu: 1 il once… – Video

11 views23/11/2016

22:24

– xeber –
Türkiyənin Rusiyaya məxsus SU-24 qırıcısını Suriya sərhədində vurmasından 1 il ötdü.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, 2015-ci ilin 24 noyabr günü Türkiyənin hava sərhədini pozan 2 rus qırıcısı edilən bütün xəbərdarlıqlara məhəl qoymamışdı.
Nəticədə Türkiyə Əskişəhər Hərbi Hava Qüvvələri Komandalığı həmin qırıcılar barədə dərhal tədbir görülməsini əmr etmişdi.
Bundan sonra türk F-16-ları qırıcılardan birini hədəf almışdı.
Vurulan SU-24-ün pilotu Oleq Peşkov katapult vasitəsilə sağ qalsa da, sonradan Suriya sərhədindəki silahlı qruplaşmalar tərəfindən öldürülür.
Qeyd edək ki, SU-24 olayı Rusiya-Türkiyə münasibətlərini son həddə qədər pisləşdirdi. Hər iki ölkənin iqtisadiyyatı milyardlarla zərər gördü. Yalnız Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iyul ayında rusiyalı həmkarı Vladimir Putinə məktubundan sonra ölkələrarası münasibətlər normallaşmağa başladı.
Qeyd edək ki, qardaş ölkədə baş verən 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyə rəsmiləri bu işin məhz FETÖ-çular tərəfindən həyata keçirildiyini vurğulamışdı.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler