Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Turkiye ABŞ-dan uzaqlasmayacaq – Millet vekili

14 views23/11/2016

07:20

– xeber –
Türkiyənin yaxın zamanlarda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacağını düşünmürəm.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük məsələsini şərh edən millət vəkili, politoloq Rasim Musabəyov deyib. Sözügedən təşkilatın Avropa Birliyindən (AB) üstün olmadığını deyən deputat Türkiyənin yaxın zamanlarda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacağını düşünmür:
“Bu təşkilat Avropa Birliyi (AB) ilə eyni deyil. Yəni ŞƏT daha çox dialoq xarakteri daşıyır, AB isə xeyli inteqrasiya olunmuş bir təşkilatdır. Türkiyə öz daxili və xarici siyasətini daha müstəqil şəkildə aparmaq niyyətindədir. Bu siyasətin bundan sonra da nə dərəcədə uğurlu olacağını indidən demək çətindir. Ancaq hər bir halda Türkiyə ABŞ və NATO çərçivəsində müttəfiqliyindən uzaqlaşmayacaq”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə AB ilə danışıqların ləğv ediləcəyi və ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük məsələsinin dəyərləndiriləcəyini bildirib.
Hazırda ŞƏT-in tərkibinə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Təşkilatda Belarus, Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan müşahidəçi statusuna sahibdirlər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler