Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Turk filmi “Fransa Oskar”i aldi – Foto

29 views27/02/2016

17:16

19:11 – xeber – Türkiyəli rejissor Dəniz Qəmzə Ərgüvənin rejissorluğu ilə çəkilən “Mustanq” filmi “Fransanın Oskarı” adlandırılan Sezar Kino Mükafatlarından dördünü alaraq böyük uğura imza atıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, “Mustanq” filmi “ən yaxşı debüt film”, “ən yaxşı ssenari”, “ən yaxşı montaj”, “ən yaxşı musiqi” nominasiyası üzrə mükafatlara layiq görülüb.
 
Mükafatlar sahiblərinə Parisdə yerləşən Şatelet teatrında 41-ci dəfə təşkil edilən mükafatlandırma mərasimində verilib.  “Ən yaxşı film” mükafatına Flip Fukonun “Fatima” filmi sahib olub. Mərasimdə ABŞ aktyoru Maykl Duqlasa “Sezar Şərəf Mükafatı” təqdim edilib.
 
Xatırladaq ki, türkiyəli rejissorun “Mustanq” filmi Oskar mükafatı üçün “ən yaxşı xarici dildə film” kateqoriyasında yarışacaq.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler