Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Trampla isleyeceyik – Seyidov

16 views09/11/2016

18:12

20:04 – xeber – “Biz öncə də demişdik və indi də təkrar edirik ki, Azərbaycan Amerika xalqının seçdiyi prezidentlə işləyəcək. İndiki halda Amerika xalqı Trampı seçib və biz onunla işləyəcəyik”, – virtualaz.org üçün ABŞ-dakı prezident seçkilərinin nəticələrini şərh edərkən AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov belə deyib.
 
Səməd Seyidovun fikrincə, bizi ilk növbədə Amerika prezidentinin ölkəmizin maraqlarını nə dərəcədə nəzərə alacağı narahat etməlidir. Hər bir halda arzu olunandır ki, ABŞ-ın yeni rəhbərliyi öz ölkəsinin Azərbaycan qarşısında götürdüyü tərəfdaşlıq öhdəliklərinə sadiq qalsın və hər hansı lobbist qrupların və anti-Azərbaycan qüvvələrinin təsirindən qaçsın.
 
“Əlbəttə, Obama administrasiyası ölkəmizlə münasibətlərdə xeyli yanlışlıqlara yol verib, lakin düşünürəm ki, hazırkı administrasiya bu səhvləri düzəldəcək və münasibətlərin əvvəlki səviyyəsinə qayıdacaq. Bizim bir arzumuz var: Ag Evin yeni sahibi ölkəmizin regiondakı əhəmiyyətini və rolunu anlasın. Bu mənada nəzərə alınmalıdır ki, ABŞ-ın özünün regiondakı maraqlarının təmin edilməsi Azərbaycanla strateji və qarşılıqlı faydalı əməkdaşlıqdan asılıdır”, – S.Seyidov əminliklə bildirib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler