Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Trampin qelebesine Şultsdan reaksiya: “Çetin olacaq”

15 views09/11/2016

12:24

14:22 – xeber – Bu gün Respublikaçılar Partiyasının namizədi, milyarder Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, iş adamının prezident seçilməsi bir çox ölkə rəhbəri və siyasi liderlər tərəfindən birmənalı qarşılanmayıb.
 
Avropa Parlamentinin spikeri Martin Şults Donald Trampla işləməyin o qədər də asan olmayacağını deyib: “Tramp Adminstrasiyası ilə işləmək Obama Adminstrasiyasına nisbətən dəfələrlə çətin olacaq, amma biz müstəqil yolla seçilən ABŞ prezidentinin legitimliyini tanıyır və ona hörmət edirik”.
 
Trampı dərhal qələbə münasibətilə təbrik edən Vladimir Putindən geri qalmayan Poroşenko Adminstrasiyası ABŞ-ın yeni prezidenti ilə əməkdaşlığa hazır olduğunu elan edib.
 
Minnesotanın keçmiş qubernatoru Cessi Ventura yerli KİV-in çox nahaq yerə ilk gündən Trampın üstündən xətt çəkdiyini açıqlayıb: “KİV bunu nahaq yerə etdi. Halbuki, Tramp ştat-ştat vuruşub prezident seçildi”.
 
Qeyd edək ki, artıq Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Avropa Birliyinin rəhbəri Donald Tusk Trampı təbrik edib və AB-ABŞ sammitinə dəvət edib. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler