Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Trampdan Gulenin mektubuna – Şok cavab

18 views22/11/2016

09:52

– xeber –
FETÖ təşkilatı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əlaqə qurmağa çalışır. Təşkilatın ABŞ imamı İsmayıl Böyükçələbi FETÖ-ya yaxınlığı ilə bilinən Demokratlar Partiyasının Nyu Cersidən olan senatoru Kori Buker vasitəsilə Donald Trampın köməkçisi Mik Pensə məktub göndərib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, məktubda təşkilat rəhbərliyinin Donald Trampla görüşmək istədiyi qeyd olunub.
Məktub Trampa təqdim olunub və 1 həftədən sonra FETÖ-ya rəsmi cavab verilib.
Pens telefonla Bukerə zəng edərək belə cavab verib: “Cənab prezident terror təşkilatının rəhbəri ilə eyni masada oturmaz, görüş mümkün deyil”.
Trampdan aldığı cavabdan çox məyus olan təşkilat rəhbərliyi təcili toplantı keçirib, görüş üçün başqa variantları müzakirə edib.
Trampın diqqətini çəkmək istəyən FETÖ “Qolf variantı” üzərində durub. Təşkilata yaxın ABŞ-da fəaliyyət göstərən iş adamlarına Trampın Nyu Cersidə yerləşən “Tramp Nəşnl Qol Klub”una üzv olmaq göstərişi verilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler