Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Tramp: “Seckiler saxtalasdirilib”

21 views28/11/2016

14:16

– xeber –
Prezident seçkiləri zamanı üç ştatda ciddi pozuntulara yol verilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp şəxsi Tvitter səhifəsində yazıb.
“Virciniya, Nyu-Hempşir və Kaliforniyada ciddi pozuntulara yol verilib. Bəs nəyə görə KİV-lər bu barədə yazmır?” – Tramp qeyd edib.
Seçkilərin nəticələrinə görə, adıçəkilən ştatlarda Trampın rəqibi Hillari Klinton qalib gəlib. Tramp milyonlarla seçicinin qeyri-qanuni olaraq Klintona səs verdiyini iddia edib.
Qeyd edək ki, Yaşıllar Partiyasının namizədi Cil Stayn Viskonsin ştatında seçici səslərinin yenidən sayılmasına dair seçki komissiyasına müraciət edib. Donald Tramp isə seçici səslərinin yenidən sayılması cəhdlərini dələduzluq adlandırıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler