Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Tramp secildi: FES ucot derecesini artirmayacaq

12 views10/11/2016

07:44

09:40 – xeber – Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsi praktiki olaraq dekabrda keçiriləcək Federal Ehtiyatlar Sisteminin (FES) iclasında uçot dərəcəsinin artırılması ehtimalını sıfıra endirir.
 
APA xəbər verir ki, bunu "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen bildirib. Seçkilərədək dekabrda keçiriləcək iclasda uçot dərəcəsinin artırılması ehtimalı 80% idi.
 
S. Yakobsen bildirib ki, dolların zəifləməsi ilə əlaqədar inflyasiyanın təzyiqi altında ABŞ-da resessiya təhlükəsinin artması qızılı bahalaşdıracaq:
 
"Növbəti il ərzində qızılın unsiyasının qiyməti 1500 dollaradək arta bilər".
 
Bankir qeyd edib ki, neft bir neçə ay öncə proqnozlaşdırılandan bir qədər artıq bahalaşacaq:
 
"İllik diapazon 35-70 dollaradək genişlənəcək. Bununla yanaşı, VTİ markalı neft 62-65 dollaradək bahalaşa, ardınca isə 40 dollaradək ucuzlaşa bilər".

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler