Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Tramp Putinin devetini qebul edecekmi?

17 views10/11/2016

06:28

08:15 – xeber – Şübhə etmirəm ki, Putin Trampın andiçmə mərasimidən sonra Ağ Evin yeni sahibini Moskvaya səfərə dəvət edəcək.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, Putin bununla da Trampı dilemma qarşısında qoyacaq:
 
“Trampın Moskvaya səfərə razılaşması Krımın işğalının unudulması və beləcə Ukraynaya verilən dəstəyin azaldılması kimi başa düşüləcək, səfərdən imtina isə Ağ Evin yeni sahibinin vədinə xilaf çıxması anlamına gələcək. Trampın Ukraynanı arxa plana atıb, Moskva ilə dostlaşmaq istəyi Avropa Birliyinin bir çox ölkəsinin də işinə yarayır. Onlar da Krıma və Ukraynaya görə Rusiya ilə əbədi düşmən qalmaq istəmir, sanksiyaların ortadan qaldırılmasını istəyirlər. Məsələn, bu sırada İtaliya, Yunanıstan və Macarıstan kimi ölkələrin adlarını çəkmək mümkündür. Elə Fransanın da siyasi elitası Rusiya ilə dostluq əlaqələrini bərpa etmək istəyir, prezidentliyə əsas namizədlərdən biri Nikola Sarkozi də Krımın işğalını unutmağa hazırdır. Beləliklə, Ukrayna üçün ağır günlər başlayır. Tramp iş adamı kimi havaya pul sovuranlardan deyil. Ona görə də çətin ki, Kiyev ABŞ-dan böyük miqdarda kredit ala bilsin. Hələ üstəlik Tramp Putinlə də dostlaşsa, Kiyev üçün Donbas problemini həll etmək çətin olacaq”. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler