Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Tramp Çin siyasetini yumsaldir

10 views20/03/2017

21:48


[r32]
– xeber –
ABŞ prezidenti Donald Tramp dünya siyasətinin gerçəkliklərini dərk etməyə başlayıb.
Donald Tramp administrasiyası Cənubi-Şərqi Asiya ölkələri ilə bağlı siyasətini yenidən gözdən keçirməli olacaq. Bunu ABŞ dövlət katibi Reks Tillersonun region ölkələrinə etdiyi səfər də göstərir.
Tillerson bu günlərdə bölgənin 3 qüdrətli dövlətini, Yaponiya, Çin və Cənubi Koreyanı ziyarət edib.
Musavat.com bildirir ki, dövlət katibinin bu səfərinin əsas yekun nəticəsi Ağ Evin əvvəlki anti-Çin ritorikasından əl çəkib iki ölkə arasında əməkdaşlığa üstünlük verməsi olub.
Regionun ən təhlükəli dövlətinə, Şimali Koreyaya isə yeni administrasiya Obama dövründəki tolerantlığı göstərməyəcəyini artıq indidən hiss etdirməyə başlayıb.
Mətbuat bu ziyarətin bölgədə baş verən proseslərin fonunda 64 yaşlı Reks Tillerson üçün əsl sınaq olduğunu qeyd edir. Cənubi Koreya prezidenti Pak Kın Se-nin istefası, Şimali Koreyanın ağır mühərrikli raket sınağını uğurla həyata keçirməsi, ən nəhayət Çinin Cənubi Çin dənizində tikdiyi süni adalar məsələsi Tillersonun səfərini daha da dramatik məcraya yönəldib.
Bundan başqa dövlət katibi Çinli həmkarlarının Donald Trampın Pekin rejimi haqqında söylədiklərinə də aydınlıq gətirməli olub.
Tillersonun səfərində gərgin keçməsini göstərən anlardan biri də onun yorğunluq bəhanəsi ilə Cənubi Koreya xarici işlər naziri Yun Ben Se və prezident səlahiyyələtrini icra edən Hvan Ge An ilə nahar yeməyindən imtina etməsidir. Cənubi Koreya mətbuatı bunu Vaşinqtonun Seuldan daha çox Tokioya diqqət yetirməsi ilə izah edib.
ABŞ-ın yeni rəhbərliyi əvvəlki administrasiya qədər Şimali Koreyaya dözümlü yanaşmağın tərəfdarı deyil. Vaşinqton Pxenyanın Soxe poliqonunda nüvə raketlərini dünyanın istənilən nöqtəsinə çatdıra biləcək yeni mühərriklərin sınaqdan keçirməsinə olduqca təşvişlə yanaşır.
Tillerson ABŞ-ın KXDR-ə yönəlik “gözləmə” siyasətinin bütün imkanlarının artıq tükəndiyini bəyan edib. O bunu üçün Şimali Koreyaya siyasi və iqtisadi tədbirlərin görüləcəyini istisna etməyib.
Tillersonun nitqində digər maraqlı məqam onun həm Yaponiyanın həm də Cənubi Koreyanın nüvə silahına malik ola biləcəyi ilə bağlı sözləri olub.
Reks Tillersonun region ölkələri içində ən son Çinə səfər edib. Səfərin kulminasiya nöqtəsi isə onun Çin lideri Si Tsinpinlə görüşü zamanı yaşanıb. Xatırladaq ki, Çin Donald Trampın Tayvan rəhbəri Tsay İnvenlə telefon danışığı aparmasına olduqca qəzəbli idi. Lakin görünür, ABŞ xarici siyasət idarəsinin başçısının ziyarəti atmosferi yumşaltmağa nail olub.
“Siz ABŞ-Çin münasibətlərinin yalnız dostluq zəmində ola biləcəyini söylədiniz, mən də bunu yüksək qiymətləndirirəm” Çin lideri amerikalı qonağa bildirib.
Ekspertlər Tillersonun bu səfərini müxtəlif aspektərdən qiymətləndirirlər.
Onların fikrincə, Vaşinqton Rusiya ilə hələ də gərgin qalan münasibətlər fonunda Avrasiyanın iki qüdrətli dövlətinin bir-birləri ilə yaxınlaşmasına imkan vermək istəmir. Bundan başqa Şimali Koreyanın son raket sınaqları Vaşinqtonu Pxenyana təzyiq göstərmək üçün Pekinin köməyinə ehtiyac buraxıb.
Politoloqların gəldiyi ümumi qənaət isə Donald Trampın sələfi Barak Obamanın qoyduğu siyasi xəttə qayıtması yönündədir.
Bu səbəbdən Çindən fərqli olaraq Rusiya ilə münasibətlərin də yaxın zamanlarda normallaşacağına ümid edən yoxdur.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler