Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Tramp: “Bu qezeti oxumasaydim, 20 il cox yasayardim”

15 views23/11/2016

12:36

– xeber –
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Nyu York Tayms” qəzetinin müxbiri ilə yaranan anlaşılmazlıqdan sonra qəzetin mərkəzi ofisinə gedib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, burada müxbirlə görüşən Tramp jurnalistlərin suallarını cavablandırıb.
O, jurnalistlərə hörmət etdiyini deyib:
“Qəzetə çox böyük hörmətim var, ancaq kobud rəftar gördüyümü deməliyəm. Təəssüf ki, yenə də bu qəzeti oxuyuram. Oxumasaydım, 20 il artıq yaşayardım”.
İsrail-Fələstin münasibətləri ilə bağlı fikir bildirən Tramp prezidentliyi dövründə iki ölkə arasında sülhün əldə olunması üçün çalışacağını deyib:
“İsrail və Fələstin arasında sülhü təmin edən insan olmaq istəyirəm. Bu, çox böyük bir nailiyyət olardı”.
Xatırladaq ki, Tramp ötən bazar günü “Nyu York Tayms” müxbiri ilə görüşəcəyini açıqlasa da, bir gün sonra görüş ləğv olunmuşdu”.
Qəzet seçki kampaniyasında Demokratlar Partiyasının namizədi Hillari Klintonu dəstəkləyəcəklərini rəsmən elan etmişdi.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler