Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Tilbe ve Tatlises Trampa qarsi: İtlerin duasi…

7 views07/12/2017

13:17


[r32]
– xeber –
Türkiyənin məşhur müğənniləri İbrahim Tatlısəs və Yıldız Tilbə ABŞ Prezidenti Donald Trampın Qüds qərarına etiraz ediblər.
Kult.az xəbər verir ki, müğənnilər etirazlarını sosial media hesablarında ifadə ediblər. Müğənni Yıldız Tilbə Tvitterdə “İtlərin duası qəbul olsaydı, göydən sümük yağardı. Qüds məsələsində Allahın dediyi olur, olub və olacaq da. Qüds də, Yer üzü də, içindəkilərlərlə bərabər, Allahındır. Quran və ayələr qiyamətə qədər olanları deyib. Bunlar da daxildir. Yolları cəhənnəmə qədər açıqdır, oradan sonrası yoxdur”, – sözlərini qeyd edib.
İmperator İbrahim Tatlısəs isə İnstaqramda müsəlmanlara səslənib:
“Ey müsəlman ailəmi, oyan! Bu Kəbə sənin, kimsələrə vermə! Qüdsə sahib çıx!”
Qeyd edək ki, ötən gün Donald Tramp Qüdsü İsrail paytaxtı kimi tanıyıb və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı Dövlət Departamentinə təlimat verib.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler