Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Teyyaremiz İsrailde yangini ugurla sondurdu

8 views26/11/2016

22:04

– xeber –
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi İsrailin 8 məntəqəsində yanğını müvəffəqiyyətlə söndürüb.
Axar.az FHN-nin saytına istinadən xəbər verir ki, İsrail hökumətinin müraciəti əsasında Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi 25 noyabr 2016-cı il tarixində İsrailə göndərilib. Təyyarə noyabrın 26-da yanğın yerlərinin kəşfiyyat xarakterli uçuşlarını həyata keçirib və 80 ton su atmaqla 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.​

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler