Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Teyyarede sehheti pislesen yunan Bakida mualice edildi

12 views07/11/2016

17:00

18:56 – xeber – “Britiş Eərveys”in səhhəti pisləşən sərnişini Bakıda müalicə edilərək vətəninə göndərilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
 
Bildirilib ki, ötən həftə “Britiş Eərveys” aviaşirkətinə məxsus London-Dehli reysi üzrə hərəkət edən “Boinq 777” markalı təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib. Təcili enişə səbəb təyyarənin göyərtəsində olan 1953-cü il təvəllüdlü Yunanıstan vətəndaşı Berri Stefen Edrik adlı sərnişinin səhhətinin pisləşməsidir. Berri Edrikə Bakıda zəruri tibbi yardım göstərilib. O, Mərkəzi Gömrük Xəstəxanasında müalicə kursu keçib. Ötən günlərdə onun müalicə kursu uğurla başa çatıb və B.Edrik artıq vətəninə göndərilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler