Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Telefonu qadinin cibinden bele ogurladilar – Video

19 views04/11/2016

21:44

23:40 – xeber – Metrodan çıxan qadının cibindən telefonunu götürür… Telefonu götürdükdən sonra qadının arxasınca da baxır ki, xəbəri oldu, ya yox.
 
Xəzər TV-nin məlumatına görə, görüntülər Bakı Metropoliteninin 'Nizami' stansiyasında təhlükəsizlik kamerasına düşüb. Bir neçə gün əvvəl Bakı şəhər sakini Şəbnəm Babayeva metronun 'Nizami" stansiyasında gödəkçəsinin yan cibindən mobil telefonunun oğurlanması barədə polisə şikayət müraciət edib.
 
Bakı şəhər Baş Polis İdarəsi metropolitendə polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər oğurluq maddəsi ilə dəfələrlə məhkum olunmuş Anar Hüseynov tutulub. Həmin şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun metro stansiyalarında törətdiyi digər cibgirlik cinayətlərinin də üstü açılıb.
 
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.
 
Polis əməkdaşları Anar Hüseynovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.
 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler