Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Telebe qiz dem qazindan boguldu

71 views28/02/2016

09:40

11:34 – xeber – İsmayıllı rayon sakini Şamaxıda kirayədə yaşadığı evdə dəm qazından boğularaq ölüb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə fevralın 28-i səhər saatlarında Şamaxı şəhərinin H. Aslanov küçəsindəki 18 saylı evdə qeydə alınıb.
 
İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1994-cü il təvəllüdlü Mikayılova Aygün Yunis qızı hamamda kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən dəm qazından boğularaq ölüb.
 
22 yaşlı qızın meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, Aygün Mikayılova Şamaxı Dövlət Humanitar Kollecinin ikinci kurs tələbəsi olub.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler