Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Tecrubesiz gencleri niye ise goturmurler? – Video

12 views21/04/2017

15:00


[r32]
– xeber –
ARB TV-nin “Günə doğru” verilişi təcrübəsiz gənclərin iş tapmaqda çətinlik çəkməsinə süjet həsr edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, süjetdə aidiyyəti qurum rəsmiləri maraqlı fikirlər səsləndiriblər.
Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov bildirib ki, çalışdığı quruma ilin birinci rübü ərzində iş üçün müraciət edənlərin 16 faizi təcrübəsiz gənclərdir:
“Ali məktəbə qəbul olan hər bir şəxs əmək bazarındakı vəziyyəti nəzərə almalı və özünü hazırlamalıdır. Bunun üçün 4 illik tələbəlik müddəti az vaxt deyil”.
Dövlət rəsmisi həmçinin hesab edir ki, günah yalnız tələbələrdə deyil:
“İşə götürənlərin bir çoxu hesab edir ki, ona hazır kadr lazımdır. Onlar kadrın üzərinə hər hansı investisiya qoymadan asan gəlir əldə etmək niyyətindədirlər".
Hüquqşunas Zaur Quliyev məsələnin hüquqi tərəfindən danışıb:
“Müəyyən elanlar oxuyuruq ki, xanımların (bəylərin) işə qəbul yaşı 18-35 yaş aralığında müəyyənləşdirilir. Bu, qanunla qadağandır. Min manatadək cərimədir".
Qeyd edək ki, işəgötürən şirkətlərin sosial məsuliyyətləri var. Onlar təcrübəsizləri işə götürməməklə kadr yetişdirmə potensialından məhrum olurlar.
Hazırda "özünüməşğulluq" proqramı qüvvədədir ki, bu proqrama əsasən öz ideyası olan və biznesə meyilli gənclər dövlət hesabına ideyalarını gerçəkləşdirə bilərlər. Buna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidməti nəzarət edir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler