Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Tecili yardimlara kamera qurasdirilir – Video

4 views21/11/2016

19:20

– xeber –
Təcili tibbi yardım maşınlarının önünə kamera quraşdırılması nəzərdə tutulub. Bu üsulla da sanitar avtomobillərə yol verməyənlər daha rahat müəyyənləşdiriləcək və barələrində müvafiq tədbir görüləcək. Bundan əlavə, təcili tibbi yardım maşınlarının salonlarında da kameraların yerləşdirilməsi planlaşdırılır.
Xezerxeber.com xəbər verir ki, bəzən tıxaclar zamanı təcili tibbi yardım maşınlarına yol verilmir. Həmin nəqliyyat vasitələrini aşkar etmək üçün sanitar avtomobillərin önünə kamera yerləşdirilməsi nəzərdə tutulub.
Təcili tibbi yardım maşınlarının salonlarında da kameraların quraşdırılması gözlənilir. Bununla da həm tibb işçilərinin, həm də pasiyentlərin hərəkətlərinə nəzarət olunacaq.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bir sıra ölkələrdə bu sistemdən istifadə olunur.
Hazırda müvafiq qurumlara təkliflər göndərilib və layihə üzərində iş gedir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler