Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Tecili yardimin surucusunu masin vurdu

19 views23/11/2016

09:12

– xeber –
Bakıda çağırış əsasında vətəndaşa yardım etməyə gedən təcili yardım maşınının sürücüsü avtomobildən enərkən onu nəqliyyat vasitəsi vurub.
Report-un xəbərinə görə, hadisə Qaradağ rayonunda baş verib.
4 saylı Təcili Tibbi Yardım Stansiyasına daxil olan çağırış əsasında təcili yardım maşını Sədərək ticarət mərkəzinin yaxınlığına gedib. Burda yıxılaraq xəsarət alan şəxsə yardım etmək istəyən briqada avtomobildən yerə enib. Təcili yardım briqadasının sürücüsü 1964-cü il təvvəllüdlü Niftəliyev Fəxrəd Heybət oğlu avtomaşından enərkən onu avtomobil vurub.
Ağır xəsarət alan F.Niftəliyev çağırılan digər "Təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler