Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Tarkan etiraz sesini ucaltdi – Tecavuz qanunu

14 views22/11/2016

11:04

– xeber –
Məşhur müğənni Tarkan Türkiyə Böyük Millət Məclisində müzakirə olunan “təcavüz etdiyi şəxslə evlənsə, həbs olunmayacaq” qanun layihəsinə etiraz edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, müğənni mətbuata verdiyi açıqlamada bu məsələyə görə böyük sarsıntı keçirdiyini bildirib:
“Türkiyənin gündəmini məşğul edən zəcavüzlə bağlı qanun layihəsi məni çox sarsıdır, kədərləndirir. Günlərdir bu məsələyə görə özümə gəlməkdə çətinlik çəkirəm və vicdanımın fəryadlarını susdura bilmirəm. Arzu edirəm ki, bu qanun layihəsi ilə bağlı qərar verəcək olan insanlar qəlblərinin, vicdanlarının səsinə qulaq versin. Uşaqların əllərindən xəyallarını, ümidlərini oğurlayanlar cəzalandırılmalıdır”.
Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının deputatlarının Türkiyə Böyük Millət Məclisinə təklif etdiyi bu qanun layihəsinə əsasən, təcavüz edən şəxs qızla evlənsə, cəzadan qurtulacaq. Sözügedən qanun layihəsi Türkiyədə böyük etirazla qarşılanıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler