Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Taninmis sirketin bas muhasibi hebs edildi

26 views12/03/2016

11:48

13:42 – xeber – Bakıda tanınmış şirkətin baş mühasibi həbs edilib.
 
Report-un məlumatına görə, S.A.B.A şirkəti MMC-nin baş mühasibi Taley Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinir.
 
Belə ki, şirkətin direktoru Əvəz Səfərlinin Binəqədi Rayon Prokurorluğuna müraciəti əsasında S.A.B.A şirkəti MMC-də 174 504 min manatlıq maliyyə çatışmazlığı aşkarlanıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Şirkətin baş mühasibi Taley Rəhimov tutulub.
 
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Qeyd edək ki, S.A.B.A. şirkəti MMC 2000-ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkət “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Şirkətin Azərbaycanın bütün regionlarında nümayəndəlikləri var.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler