Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Taninmis jurnalist reanimasiyadadir

9 views08/11/2016

10:48

12:44 – xeber – Bu gün səhər saatlarında tanınmış jurnalist Zabil Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko), reanimasiya şöbəsində yerləşdirilib.
 
Bu barədə Pia.az-a jurnalistin yaxınları məlumat verib.
 
1 saylı Şəhər Kliniki Xəstəxanadan Zabil Müqabiloğlunu müalicə edən həkim xəstənin vəziyyətinin sabit ağır olduğunu deyib.
 
Həkimin bildirdiyinə görə Zabil Müqabiloğlunun qaraciyərində bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb. Hazırda qanaxmanın dayandırıldığını bildirən həkim qeyd edib ki, təkrar qanaxma yaranarsa, bu xəstənin həyatı üçün təhlükəli ola bilər.
 
Xaitırladaq ki, Zabil Müqabiloğlu uzun illər boyu “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler